İsmayıllı kərpic zavodu – müəssisədə məhsul istehsalına 2005 –ci ildən başlanılmışdır və DYİST 530-95 Normativ Texniki Sənədlərə (NTS) əsaslanır. Adi və blok kərpic ixtisaslı üzrə ixtisaslaşan müəssisənin layihə gücü 8 mln ş.k.v./il, ərazisi 2 ha təşkil edir. Paytaxt Bakıdan 200 km aralı məsafədə yerləşir. 32 nəfər əməkdaşı olan İsmayıllı kərpic zavodunun işçi heyəti yüksək ixtisaslı mütəxəssis və kadrlardan ibarətdir.