Masallı kərpic zavodu (“FƏXRƏDDİN – K” MMC) – də alman texnologiyasına əsaslanan yeni istehsal xətti “Keller” və kərpiclərin bişirilməsi üçün “Hofman” tipli yeni sobalar quraşdırılmışdır. Bundan başqa zavod 3 kəsmə xətti və qurutma kameraları ilə təchiz edilmşdir. Ümumi sahəsi 10 ha olan müəssisə 6 əsas sexdən ibarətdir və zavodun layihə üzrə gücü 30 mln. ş.k.v./il təşkil edir. İstehsalat prosesi NTS – lərin tələblərinə tam şəkildə uyğun olaraq aparılan zavodda məhsul buraxılışı DYİST 530-95 standartına əsaslanır. Paytaxt Bakıdan 240 km aralı məsafədə yerləşən və 111 əməkdaş çalışan müəssisədə işin təşkili isə yüksək ixtisaslı mütəxəssis və kadr potensialı vasitəsilə həyata keçirilir.