Xırdalan kərpic zavodu (“FƏXRƏDDİN – K” MMC) – 2005-ci ildə tikilib istifadəyə verilmiş və paytaxt Bakıdan 10 km aralı məsafədə yerləşir. Zavod bütünlüklə alman texnologiyası ilə fəaliyyət göstərir. İstehsal prosesləri tam şəkildə avtomatlaşdırılmış idarəetmə sisteminə əsaslanır və sahəsi 12000 m3 olan qapalı binada yerləşir. AZS 212-2006 NTS uyğun olaraq adi və blok kərpiclər istehsal edən zavodun layihə üzrə gücü 60 mln. ş.k.v./il – dir. Öz fəaliyyətində mütəmadi təkmilləşdirməyə nail olunması məqsədilə Xırdalan kərpic zavodu Almaniya, Fransa, Yunanıstan, Çexiya, Türkiyə və Rusiyanın aparıcı kərpic zavodlarının tikintisi, quraşdırılması, rekonstruksiyası və modernizasiyası ilə məşğul olan müəssisələri və Elm – İstehsalat Birlikləri ilə sıx şəkildə əməkdaşlıq edir. Xırdalan kərpic zavodunun hal-hazırda Qafqazda heç bir analoqu yoxdur.