Keramik blok divarların daha da uzun ömürlü olması və gözəl görünməsi üçün ən yaxşı seçim üzlük fasad kərpicləridir. Ev tikintisi ilə məşğul olan hər bir şəxs ilk addımda tikinti materiallarının geniş çeşidi qarşısında seçim etmək çətinliyi ilə qarşılaşır. Əlbəttə ki, hər kəs öz büdcəsinə uyğun həm davamlı, həm ekoloji sağlam, həm də ki, texnoloji cəhətdən ən müasir olan materialı tapmağa çalışır.
Biz sizə suvanma prosesinin 3 növündən danışacağıq:
Suvanma:
Xarici divar üçün ən sərfəli variant divarın sadə suvaqla suvanmasıdır. əgər divar termoblok ilə, yəni ki, 290*190*190 və yaxud 390*190*190 ölüçülü blok kərpiclərlə hörülübsə xarici divarın ənənəvi suvaqla suvanması həm sərfəli, həm də davamlı və güclü seçim ola bilər.
Suvağın bir sıra üstünlükləri vardır:
Üzlük kərpicin tamamlanması:
Əgər istəyirsiniz ki, eviniz üzlüyü;
Belə olan halda sizə təqdim olunan üzlük kərpic çeşidlərindən hər hansı birini seçə bilərsiniz.
Müxtəlif teksturalar:
Üzlük kərpiclər həm hörgü zamanı, həm də hörgü prosesi başa çatdıqdan sonra həyata keçirilə bilər. Üzlük kərpic materialının əsas üstünlüklərindən biri də məhz budur.
Keramik plitələr ilə son iş:
Əgər siz də belə bir orijinal tamamlanma işi arzu edirsinizsə onda keramik plitələrdən yana seçiminizi edin. Keramik plitələr sadəcə evinizin damını gözəlləşdirməklə qalmayacaq, eyni zamanda bu material evinizin fasadını da xəyallarınızdakı tək bəzəyəcək. Əgər siz evinizin fasadı və damı üçün möhkəm, davamlı, ekoloji cəhətdən təmiz və həmçinin gözəlliyi ilə göz oxşayan bir material axtarırsınızsa o zaman “Fəxrəddin-K” MMC-nin sizə təqdim etdiyi keramik plitələrə üstünlük verin.