Keramik termoblokların istifadəsi Çeşid zənginliyi keramik termoblokların istifadə olunduğu yerlərin də çoxluğuna səbə olur. Keramik bloklar aşağıda sadalana yerlərdə istifadə oluna bilər: xarici divarlar; daxili divarlar; daxili arakəsmə Termoblokların uyğunluğunu necə anlaya bilərik? Əgər siz: özünüzü və yaxınlarınızı düşünüb ekoloji təmiz materiallar axtarırsınız? hər hansı bir havada, şaxtada, istidə, rütubətli havada evdə rahatlıq istəyirsiniz? ev tikintisin həm vaxt qənaətini, həm də pul qənaətini düşünürsünüz? uzun illər ailə və yaxınlarınıəzla rahat və təhlükəsiz yaşaya biləcəyiniz ev arzu edirsiniz? Və bütün bunlarla yanaşı; qeyri-adi yaradıcılığı qiymətləndirməyi bacarırsınız və ən bacarıqlı arxitektor fantaziyasının məhsulu olan materiallara üstünlük verirsiniz. ev tikilib qurtardıqdan və uzun müddət yaşadıqdan sonra divarda çatlar, əyriliklər görmək istəmirsiniz. Sakit, sağlam və təhlükəsiz yaşamağı arzu edirsiniz. O zaman keramik termobloklardan yana seçim edin! İsti keramik termoblok. Qışda isti, yayda sərin Termoblok ilə tikilmiş evinizdə daim arzuladığınız hava hakim olacaqdır. İstini qoruma xüsusiyyətinə malik olan keramik bloklar qışın ən soyuq günlərində evinizin istiliyini qorumaqda, həmçinin yayın ən qızmar çağlarında belə orta otaq temperaturunu saxlamaqda sizə kömək edəcəkdir. İlin istənilən fəslində iqlim dostu olan termoblok kərpiclər evinizdə istifadə olunan istilik sisteminə və kondisionerə çəkilən xərclərə də təsir etməklə ailə büdcənizə də qənaət edəcəkdir. Termoblok ilə daha tez tikinti Aylar və illərlə müxtəlif tikinti materialları ilə yorulmaqdansa keramik termobloklardan yana seçim edin. Termobloklar ənənəvi tikinti materialları üçün əla alternative olacaqdır. Böyük ölçülü keramik kərpiclər digər tikinti materiallarından 10-15 ədədini əvəzləməklə montaj işini sürətləndirəcək, vaxtınıza qənaət etdirəcəkdir. Üstünlükləri: Tikişin sayı azaldıqca "soyuq körpülərin" sayı aşağı düşür və beləliklə, evlər daha isti olur. Kiçik formalı tikinti materiallarına nisbətən hörgünün sayı üç dəfə artır. Termoblok ilə güclü divarlar Əgər güclü divarlara sahib evi necə tikmək haqqında düşünürsünüzsə onda sizə bir tövsiyəmiz var. Bu zaman materialın marka gücünə diqqət yetirin. Materialın marka gücü maksimum dərəcədə yükü necə saxlaya biləcəyini göstərir və hər kvadrat santimetr başına düşən kiloqramı ölçür. Avanqard? Yüksək texnologiya? Barokko? Əgər siz arxitektura sahəsində qeyri-adi zövqə malik birisinizsə, ən zərif və gözəl evə sahib olmaq istəyirsinizsə onda termobloklardan yana seçim edin. Termoblok kərpiclər digər tikinti materialları ilə gözəl uyum təşkil edir ki, bu da sizə evinizin tikintisində istənilən növ tikinti materialından istifadə etməyə imkan yaradır. Termoblok ilə nəm çəkməyən divarlar Evinizin tikintisində keramik bloklardan istifadə etmək evinizi rütubət və nəm havadan qoruyacaqdır. Termobloklar sobadan 1% xüsusi rütubət göstəricisi ilə çıxır, hörgü zamanı bu rəqəm 7% qalxır, lakin il ərzində isə 1.5% düşür. Səs sizə mane olmayacaq Evlərimizdə rahat və sağlam yaşamın əsas şərtlərindən biri də yaşam sahələrimizin küçədən və digər kənar yerlərdən gələn narahatedici səslərdən qorumaqdır. Termoblok kərpicləri səs izolyasiya sistemi vasitəsi ilə size narahat edən səslərin evlərinizə daxil olmasına mane olacaqdır. Keramik termoblok divarların səs izolyasiyası 53 Db çox olduğundan səsi evə buraxmırlar. Hətta divarın əks tərəfində 40Db yüksəkliyində səs olsa belə evinizdə eşidilməyəcəkdir. Termoblok kərpiclər xüsusilə yol kənarında və səs-küylü mərkəz yerlərdə tikilən evlər üçün əlverişli materialdır. Hər şeyə dözümlü termobloklar Dözümlülüyü və möhkəmliyi ilə digər materiallardan kəskin fərqlənən termoblok kərpiclər evin interyerində də sizə dost olacaqdır. Mətbəx mebelinin divardan asılması, müxtəlif ağır çəkili avadanlıqların divara bərkidilməsi zamanı sizə heç bir əlavə ehtiyat tədbiri görməyə ehtiyac duydurmayacaqdır.