Qədim ənənəninmüasir davamçısı...

Qədim ənənəninmüasir davamçısı...

Üzlük kərpic seçimləri. Parametrinizə uyğun üzlük kərpici necə seçməlisiniz?

Üzlük kərpic seçimləri. Parametrinizə uyğun üzlük kərpici necə seçməlisiniz?

Parametrinizə uyğun üzlük kərpici necə seçməlisiniz?

Xarici divar üçün ən yaxşı material hesab olunan üzlük kərpicləri necə seçmək olar? Üzlük kərpic seçimində nəyə diqqət yetirmək lazımdır?

Üzlük kərpic seçimləri

Hal-hazırda respublikamızın ərazisində üzlük kərpic istehsalı və satışı ilə məşğul olan yeganə firma “Fəxrəddin-K” MMC kərpic zavodlar qrupudur. Qrupumuzun Masallı rayonunda yerləşən zavodunda arzu etdiyiniz forma və ölçülərə uyğun üzlük kərpic nümunələri istehsal olunaraq həm yerli, həm də xarici bazarlara təqdim olunur. Evinizin həm interyer, həm də eksteryer dizaynı zamanı münasib sayıla biləcək üzlük kərpicləri yalnız bizim məhsullarımız arasından seçmə fürsəti əldə edə bilərsiniz.

Üzlük kərpicin növləri

Masallı kərpic zavodunda üzlük kərpiclərlə yanaşı klinker kərpiclər də istehsal olunaraq sizin seçiminizə təqdim olunur.

Parametrlərə görə kərpiclər:

  • Dolu kərpiclər – karnizlər, kəmərlər, dekorativ memarlıq nümunəsi olan müxtəlif sütun kərpicləri
  • İçiboş kərpiclər – çəkisi az və sıxlığı çox olan kərpiclər. Belə kərpiclər binanın təməlinin möhkəm və ağırlığının isə aşağı olmasına imkan verir

Tikinti bazarının təklifləri ilə tanış olanlar həmçinin "qlazur", "anqobir", "formalı" kərpiclərə də rast gəlmiş ola bilərlər.  

Anqobir – kərpicin rəngini təmin etmək üçün metal oksidlərdən əlavə gil tətbiq etməklə əldə edilir. Bişmə prosesində kərpicin səthində bişməmiş "anqob" materialı bütöv bir hal alır. Bu cür kərpiclərdən daxili və xarici divarlarda, həmiçinin daxili və xarici dizayn elementlərinin bəzəklərində geniş şəkildə istifadə olunur.

Qlazur – kərpicin səthi özünəxas parıltılı cam örtüyünə sahib olur ki, bu da onun müxtəlif dekorativ məqsədlər üçün istifadə olunmasına imkan verir.

Fasonlu yaxud fiqurlu – kərpiclərin kənarları və küncləri dairəvi formada olur.  Tağlar, sütunlar, karnizlər və s. bu qəbildəndir.

Rənginə və teksturasına görə düzgün kərpic modelini necə seçmək olar?

Kərpicin rəngi xammalın kimyəvi tərkibi, bişmə texnologiyası və xüsusi rəng və ya rənglənmə komponentləri ilə müəyyən edilir.

  • Qırmızı rəngli kərpic – Yüksək temperatur altında bişdiyi üçün bu tipli kərpiclər güc, davamlılıq və etibarlılıq qazanır.
  • Ağ rəngli kərpic – yanıcı xammal gili ilə istehsal olunur və tərkibində dəmir olmur. Rütubətə və soyuğa dözümlüdür.
  • Sarı rəngli kərpic – daxilində fərqli gillər və yaxud rəng qatıcı maddələrdən istifadə edilir.

Kərpiclərə istehal prosesi zamanı müxtəlif formalar verilərək hamar, kobud, əzik və sair formalar almaq mümkündür. İstehsal zamanı kərpicin formasını müəyyən etmək arzuladığınız dizayn formasından asılı olaraq dəyişə bilər. Kərpiclərin rənginə və formasına görə seçim etmək artıq sizin zövqünüzdən asılıdır.  

Adi formada yeni görünüş

Günümüzün satış bazarı təkcə düzbucaqlı və kvadrat formalı kərpiclərlə kifayətlənmir. Tikinti bazarının günbəgün artan tələbatına və alıcıların dəyişən zövqünə müvafiq olaraq bazara istehsalçılar tərəfindən müxtəlif ölçü və formalı kərpic məhsulları təqdim olunur. Bunlara misal olaraq:

  • Trapes formalı kərpiclər
  • Uzun kərpiclər
  • Dairəvi və ya küncləri kəsilmiş formalı kərpiclər
  • Müxtəlif formalarda olan digər texnoloji kəsintili formalı kərpicləri göstərmək olar.

 

Kərpic seçərkən nəyə diqqət yetirək lazımdı?

Kərpic seçimi edərkən bu sahədə açar faktor hesab oluna biləcək bəzi göstəricilərə diqqət yetirməyi məsləhət görə bilərik:

  1. Davamlılıq – bu marka göstəricisidir:  «М» hərfinin yanındakı ədədin nə qədər böyük olması bir o qədər də davamlı olduğuna işarə edir.
  2. Soyuğa dözümlülük (F) – materialın qabiliyyəti onun donmaya və əriməyə qarşı dözümlü olması ilə ölçülür. Tövsiyə edirik ki,kərpic seçimi zamanı şaxtaya dözümlü kərpicləri seçin, hansı ki, F50-dən az deyil.
  3. Format – kərpiclər müxtəlif formalarda hazırlanır və əlavə olaraq alıcı sifarişlərinə uyğun olaraq xüsusi formalarda da istehsal oluna bilər.

Azərbaycan kərpic bazarında da ən sıx rast gəlinən formatlar aşağıdakılardır:

  • 250х120х65 mm
  • 240х115х65 mm
  • 290х190х190 mm
  • 240х85х32 mm və s.

Qüsuru necə aşkar etməli?

Qüsuru aşkar etmək üçün ilk növbədə üzlük kərpiclərin qablaşdırılmasına diqqət yetirmək lazımdır. İkinci qayda olaraq isə kərpicin bütövlüyü əsas götürülür. Kərpicin səthində ola biləcək çatlar, əyriliklər və s. məhz qüsurlu məhsul olmasından xəbər verir.