Uzunmüddətli yoxsa isti? Ev tikintisi ilə məşğul olan hər bir insanı tikinti prosesində bəzi suallar narahat edir. Məsələn, seçdiyim tikinti materialı üzünmüddətli olmalıdır yoxsa əsas önəmli olan isti saxlamasıdır? Hansı seçim daha sərfəlidir? Büdcəmə uyğun olacaq və yaxınlarıma arzuladığı həyat şəraitini bəxş edəcək materialı necə seçməli? və s. Bu sahənin irəli gedən mütəxəssisləri olaraq sizə tövsiyyə edə bilərik ki, həm uzunmüddətli olacaq, həmçinin evinizi soyuq qış günlərində isti saxlayacaq, eyni zamanda ailə büdcənizi aşmayacaq tikinti materialı axtarırsınızsa keramik termoblok məhsullarından yana seçim etməlisiniz. Divar üçün düzgün tikinti materialının seçimi Tikinti bazarının fasiləsiz inkişafı, bazara məhsul çıxartmağa can atan istehsalçı və satıcı şirkətlərin günbəgün artması alıcıları düzgün material seçimi qarşısında çaşbaş sala bilər. Lakin istənilən halda alıcı seçimində başlıca rolu materialın texniki xüsusiyyətləri və qiymətinin oynadığı danılmaz faktdır. Hər bir alıcı öz büdcəsinə uyğun gələcək texniki cəhətdən ən yaxşı materialı seçməyə çalışır. Məhz elə ən yaxşı material da ucuz və texniki imkanları geniş olan məhsuldur. Materialın gücü ən azı M100 ola bilən məhsullarla rastlaşa bilərsiniz. Bu tipli materiallar yüksək sıxlığa və möhkəmliyə sahib ola bilərlər, ancaq belə materiallarda yüksək istilik izaolyasiyası xassələri olmur. Bu cür materiallardan adətən hündür mərtəbəli binaların tikintisində istifadə olunur və bunun üçün çox əlverişlidir. Məsələn, on və daha hündür mərtəbəli binalar. Lakin belə materialların istifadə olunduğu evlərdə əlavə istilik sisteminə ehtiyac duyulur ki, bu da təbii ki, əlavə xərc tələb edir. İlk baxışdan möhkəm və davamlı görünən materiallar evinizin qızdırılması zamanı sizə əngəllər törədə bilər. Bunun tam əksinə olaraq isə bəzi yüksək izolyasiya xassəli materiallar da vardır ki, yüksək dərəcəli buxarlanma və yüngül dondurma xüsussiyyətləri ilə diqqəti cəlb edə bilər. Lakin bu tipli materialların gücü M50 və daha aşağı olduğundan davamlılığı və möhkəmliliyi zəif olur. Bu cür materiallardan adətən üç və daha aşağı mərtəbəli binaların tikintisində istifadə olunur. Yuxarıda sadaladığımız hər iki materialdan bazarlarda kifayət qədər var və onların əldə edilməsi çox asandır. Termoblok – isti və uzunmüddətli divar materialı Lakin siz hər iki üstün xüsusiyyəti özündə ehtiva edə bilən tikinti materialı axtarırsınızsa onda seçiminizi keramik termobloklardan yana etməlisiniz. Termoblok kərpicləri həm möhkəmliyi və həm də yüksək izolyasiya xassələri ilə sizin bütün tələblərinizin öhdəsindən asanlıqla gələcəkdir. Termoblokların əsas üstünlüyü məhz yaşam sahələrini isti saxlama imkanı və həmiçinin də uzunmüddətli davamlı olmasıdır. M100, M125 və daha yüksək möhkəmliyə malik olan termoblok kərpiclər ən az istilik keçirtmə göstəricilərinə malikdirlər. Yüksək möhkəmliyə sahib olması səbəbi ilə əlavə möhkəmləndirmə hörgüsü olmadan divarları on mərtəbəyə qədər qaldırmaq imkanı verir. Termoblokların istilik saxlama xüsusiyyətləri Yüksək istilik izolyasiya xassələri bir sıra amillərlə əldə edilir: İstehsalat şöbəsinə bağlı olan laboratoriyamızda mütəmadi olaraq istifadə olnuna xammalın tərkibi yoxlanılır, yeni və daha keyfiyyətli xammalın tapılamsı üçün tədqiqat işləri həyata keçirilir. Eyni zamanda həmin şöbənin tərkibində fəaliyyət göstərən keyfiyyətə nəzarət yarımşöbəsi istehsal olunan məhsulun çıxış keyfiyyətini yoxlayır və bu keyfiyyətin yaxşılaşdırlması, ən yaxşı nəticələrin əldə olunması üçün öz təklif və iradlarını yuxarı mütəxəssislərə yazılı şəkildə bildirirlər. Həmçinin keramik termoblokların xüsusiyyətlərinin daha da təkmilləşdirilməsi üçün müxtəlif gil növləri fərqli istehsal texnologiyaları tətbiq edilməklə qarışdırılır. Təkmilləşdirilmiş dizayn adlandırdığımız üsul vasitəsi ilə kərpicin səthindəki boşluqların sayı artırmaqla istiliyin sürətli keçilməsi çətinləşir. İstehsal prosesində xammal məhsullarına əlavə olaraq böyük miqdarda kiçik yonqarlar əlavə edilir, hansı ki, məhsulun hazırlanma prosesində yanaraq məhv olur. Və beləliklə kərpicin səthində çox sayda hava məsamələri yaranır ki, bu da məhsulun istilik izolyasiya xassələrini təkmilləşdirir. Bu məhsullardan seçim etməklə həm 100 il davamiyyəti olan, həm də əlavə izolyasiya olmadan divarları isti saxlayan materiallardan istifadə edin. Termoblok təkcə uzunmüddətli və istiliyi saxlayan material deyil, eyni zamanda ekoloji təmiz məhsuldur. Məhsul çeşidləri ilə katalokumuzda tanış ola bilərsiniz. Məhsulları əldə etmək üçün rəsmi dilerlərə müraciət edə bilərsiniz.