Qədim ənənəninmüasir davamçısı...

Qədim ənənəninmüasir davamçısı...

Tariximiz

Tariximiz

Fbrick fəxrəddin-k"FƏXRƏDDİN – K" MMC kərpic zavodları qrupunun yaranma tarixi 1983 – cü ildən Masallı rayonunda fəaliyyətə başlayan Azərbaycan Yerli Sənaye Nazirliyinin nəzdində olan İxtisaslaşdırılmış Quraşdırma Buraxılış və Sazlama İdarəsinin (İQBSİ) yaradılması və Fəxrəddin Əlisa oğlu Baxışov bu idarənin rəisi təyin edilməsilə başlamışdır. İdarənin əsas işi Azərbaycan Yerli Sənaye və Azərtikinti Nazirliyinin tabeçiliyində kərpic zavodlarının kompleks tikintisi və tunel sobalarının quraşdırılmasından ibarət olmuşdur.

"1983 -1991-ci illərdə İQBSİ respublikada dövlət sifarişi ilə 14 kərpic zavodu tikmiş, 4 kərpic zavodunun isə tunel sobasını quraşdırmışdır. Qrupumuza daxil olan müəssisələrdən Masallı, İsmayıllı, Agdaş kərpic zavodları hələ o dovrdə tikilib istifadəyə verilmişdir və hal – hazırda özəlləşdirilmiş xüsusi mülkiyyət formasında yenidən qurulmuş (rekonstruksiya edilərək) və modernizə olunmuş şəkildə qrupumuz tərəfindən istismar edilməkdədir. Beləliklə, qrupumuz özündə aşağıdakı kərpic zavodlarını birləşdirir:

  • Masallı kərpic zavodu ("FƏXRƏDDİN – K" MMC);
  • İsmayıllı kərpic zavodu ("RAQİB – FK" MMC);
  • Xırdalan kərpic zavodu ("FƏXRƏDDİN – K" MMC);
  • Gəncə kərpic zavodu ("MFK" MMC).

fbrickQrupun təsisçisi və Baş direktoru Fəxrəddin Əlisa oğlu Baxışovdur. O, 1956 – cı ildə anadan olmuşdur. 1971 – 1975 – ci illərdə Bakı Politexnik Texnikumunun İnşaat fakultəsini, 1985 – 1990 – cı illərdə isə Azərbaycan İnşaat – Mühəndisləri İnstitutunun İnşaat fakultəsini "mühəndis – inşaatçı" ixtisası üzrə bitirmişdir. 1977 – 1983 –cü illərdə Sovxoztikintitrest Tikinti idarəsində mühəndis – inşaatçı, 1983 – 1997 – ci illərdə İQBSİ – də əvvəlcə sahə rəisi, daha sonra isə idarə rəisi kimi çalışmışdır. 1997 – ci ildən "FƏXRƏDDİN – K" MMC kərpic zavodları qrupunun təsisçisi və Baş direktorudur.

F. Ə. Baxışov Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanında kərpic zavodlarının tikintisi və istismarı sahəsində ən bacarılqlı və təcrübəli mütəxəssislərdən biri kimi tanınmışdır. Azərbaycanda kərpic zavodlarının demək olar ki, böyük əksəriyyəti onun birbaşa iştirakı və ya konsultasiyası ilə tikilib istifadəyə verilmişdir. F. Ə. Baxışov kərpic istehsalı sahəsində ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, İran kimi xarici ölkələrin təcrübəsini operativ şəkildə öyrənməklə məşguldur.